Şəki-Zaqatala bölgəsi üzrə 3 şagird maksimum nəticə göstərib 

17:23 10.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 3 şagirdi bu il martın 2-də keçirilmiş buraxılış imtahanlarında (XI sinif üzrə) 300 bal toplayaraq maksimum nəticə göstərib. Onlardan 2-si Şəkini, 1-i isə Qəbələ rayonunu təmsil edir.

Bu barədə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib. Bildirilib ki, martın 2-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki Şəki rayon Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbin şagirdi Orxan Abdulsəmədli, Qəbələ rayonu Uludaş kənd tam orta məktəbin şagirdi Ömər Rəsulov və Şəki şəhər Kimya-biologiya təmayüllü respublika liseyin şagirdi Məhəmməd İsmayılov 300 bal toplayıblar.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dilindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə maksimum 100 bal olmaqla, ümumilikdə 300 bal toplanıla bilər.